Vim redaktorunda kopyalama, kəsmə və yapışdırma

5 Bəyənmə Şərh yazmaq

İlk dəfə 1991-ci ildə işıq üzü görən Vim redaktoru bu günə kimi də Linux administratorlarının və terminada işləyən bir çox proqramçılarının əvəzolunmaz redakotrudur. Həcimcə kiçik, lakin özündə çox geniş funksiyaları birləşdirən Vim redaktorun bacarıqlarını bir məqalədə anlatmaq mükün deyil.

Bu məqaləmizdə Vim redaktorunda kopyalama, kəsmə və yapışdırma əməliyyatlarının necə aparıldığını anlatacam. Əgər sisteminizdə Vim redkatoru yoxdursa, terminaldan istifadə edərək sisteminizə quraşdırın:

$  sudo apt-get install vim

$  yum install vim

Kopyala, kəs və yapışdır (Copy, cut and paste)

  1. Kursoru kəsmək və ya kopyalamaq istədiyiniz yerə gətirin.
  2. [v] (kiçik v) düyməsini simvolları seçərək və ya  [V] (böyük v) düyməsini sıxaraq bütün sətri seçin.
  3. [d] düyməsini sıxaraq kəsin və ya [y] düyməsini sıxaraq kopyalıyın.
  4. Kursoru kopyaladığınız məumatı yapışdırcağınız yerə gətirin.
  5. [P] düyməsini sıxaraq kursordan əvvələ [p] isə kursordan sonra yapışdırın.

Bu əməliyyatlar Vim-in adı vəziyyətində aparılır. Bəz redaktə etdiyiniz təqdirdə (İnsert Mode) bu düymələri sıxdıqda hərəsi bir hərf kimi yazılır.

Məsələ ondadır ki, Vim-də yalnız normal modd-a sətri və ya mətni kopyalamaq olur. Lakın İnsert modd-a yapışdırmaq üçün:

  • İlk öncə kursoru yapışdırmaq istədiyimiz yerə gətiririk
  • Ctrl + r düymələrini sıxırıq və ekranda işarəsi yazıldığına fikir veririk
  • [0] (sıfır) düyməsini sıxırq.

Bununlada Vim redaktorunda bəsid kopyalama, kəsmə və yapışdırma əməliyyatının necə aparıldığını öyrənmiş olduq.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Vim redaktorunda kopyalama, kəsmə və yapışdırma
5 / 2 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: