
Bu dərsimizdə qrafik redaktorun köməyi ilə rəngli gül şəklinin mərkəzini rəngli saxlayaraq ətrafına doğru ağ-qara efektinə hamar keçəcəyik. Misalımız aşağıdakı şəkildəki kimi olacaq:
1. İlk öncə şəklimizi proqramla açaq və onun daha bir layını yaradaq. Bunun üçün Слои — Создать копию слоя və ya Ctrl+Shift+D kimi etmək olar. Rahat işləmək üçün ikinci şəkli Lay 1 «Слой 1» kimi adlandırırıq:
2. Laylar pəncərəsində «Фон» adı şəkli qaralayın və onu ağ-qara şəklə çevirin. Bunu etmək üçün Коррекция — Сделать черно-белым və ya Ctrl+Shift+G düymə kombinasiyalarından istifadə edə bilərsiniz:
3. Laylar pəncərəsində Lay 1 «Слой 1» şəklini seçin. Rəng çalarlarını gücləndirmək üçün şəklin dolğunluq effektini bir az artırmaq olar. Bunun üçün Коррекция — Оттенок и насыщенность… və ya Ctrl+Shift+U kimi seçib müvafik sürüşdürücüdən istifadə edirik:
4. Aşağıdakı şəkildə göstərildiyi kimi ilk öncə alətlər pəncərəsində «Градиент» (1) seçib, sonra «Круговой» (2) rejimini klikləyib, onun üçün «Прозрачность» (3) tipini seçirik:
5. «Палитра» pəncərəsində əsas və yardımçı rənglər üçün «Прозрачность (альфа)» funksiyasını 0-ra qədər endiririk:
6. İndi «Градиент» alətindən istifadə edərək siçanın sağ düyməsini gülün tən ortasında sıxıb, gülün periferiasına kimi xətt çəkirik. Nəticədə aşağıdakı şəklə oxşar bir efekt alınacaqdır:

Proqramı yükləmk üçün aşağıdakı linkə klik edin:
Paint.NET