Qovluq və faylları necə şifrələyək?

Bəyənmək Şərh yazmaq

Mən əvvəl bir məqalə paylaşmışdım: Proqramsız qovluğa və fayla parol qoymaq və ya gizləmək. Bir neçə gün əvvəl çox maraqlı bir proqramla tanış oldum. Proqram tək qovluq deyil hətda bütün faylları belə şifrələyərək digər şəxslərin girişini və baxışını məhdudlaşdırır.

Bu gözəl proqramın adı AxCrypt-dir. Proqramın Windows versiyasını aşağıdakı keçiddən yükləyə bilərsiniz:

❌ Fayl və ya kontent gizlidir! ❌

Məqalənin bu sahəsini yalnız qeydiyyatdan keçmiş istifadəçilər görə bilərlər. Qeydiyyatdan artıq keçmisinizsə buraya, əgər keçməmisinizsə lütfən müvafiq səhifədən bir hesab yaradın.

Proqramın komputerə quraşdırılması çox asandır:

İstifadəsi

Proqram quraşdırıldıqdan sonra iş stolunda keçidi yaranmır. Buna heç ehtiyacda yoxdur. İstifadə etmək üçün sadəcə şifrələmək istədiyiniz qovluğun üzərində siçanın sağ düyməsini klikləyin və AxCrypt bəndində Шифровать funksiyasına klik edin.

Açılmış balaca pəncərədə şifrə yazın (Şifrə istədiyiniz söz və ya rəqəmlər ola bilər). Şifrəni iki dəfə daxil etməyi unutmuruq.

Super! Artıq qovluq şifrələnmişdir.

Daha dəqiq desək, proqram qovluğun tam özünü şifrələmir, buna görədə biz qovluğu rahat aça bilərik. Lakin içərisində olan faylları açmaq isə mümkün olmayacaqdır. Hətda hər bir fayla belə şifrəsiz nə baxmaq nə də deşifrə etmək mümkün olacaqdır.

Qovluğun içərisində olan bütün faylları deşifrə etmək üçün isə, həmən qovluğun üzərində siçanın sağ düymsinə klik edib AxCrypt seçimindən sonra – Расшифровать edirik.

İndi biz asanlıqla Windows əməliyyat sistemində yerləşən bütün faylları açıq aşkar şifrələyə bilrik! 🙂

Bütün irad və təkliflərinizi gözləyirm!

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Qovluq və faylları necə şifrələyək?
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: