
Windows XP-dən fərqli olaraq, hansısa bilinməyən səbəblərə görə Windows 7 versiyasında «Выполнить» funksiyası susmuş halda Start («Пуск») menusundan götürülmüşdür. Əgər əvvələr XP istifadəçisi əmrləri daxil etmək üçün siçanla start düyməsini sıxıb, sözügedən bəndi klikləyirdisə, 7-də «Выполнить» pəncərəsinin çağırılması Windows + R düymələrini sıxmaqla kifayətlənir.
Əgər düşünürsüzsə bu funksiyanın XP-də olduğu kimi Windows 7 də Start menusunda olması sizin üçün daha rahat olacaq, o zaman aşağıdakı əməliyyatları tərkrarlayın:
- İş stolunun ən aşağı hissəsində yerləşən Tapşırıqlar panelı (Панели задач) üzərində siçanın sağ düyməsini sıxıb, açılmış kontekst menudan «Свойства» bəndini seçirik.
- Kiçik tənzimləmələr pəncərəsi açılacaqdır. Buradan «Пуск» adlı alt-menuya keçirik.
- Burada yerləşən «Настроить» düyməsini sıxırıq.
- Açılmış yeni pəncərədə bir sıra parametrlərin tənzimləməsi siyahısını görəcəksiniz. Aşağı tərəfə sürüşgəni dartaraq «Команда «Выполнить»» sətrini tapın.
- Sətrin önünə funksiyanı aktivləşdirmək üçün işarələyin.
- Hər iki pəncərəni Ok düyməsini sıxaraq bağlayın.
Artıq Windows 7-də Start menusunda «Выполнить» öz yerinə qayıdacaqdır.
Suallarınızı aşağıdakı formadan soruşa bilərsiniz.