Proqramları işə salarkən 0x0000005 xətası

4 Bəyənmə Şərh yazmaq

Bəzən elaə olur ki, Windows 7 x64 əməliyyat sistemində yenilənmə baş verdikədn sonra, 0x0000005  nömrəli xəta baş verir ki, bu da müxtəlif proqramların sistemdə dayanmasına gəlib çıxardır.

Bu xətanın yaranma səbəbi isə, Windows 7 x64 sistemində KB2859537KB2872339 bu kodlu yenilənmə paketləri komputerə avtomatik olaraq quraşdırılır.

Məsələ ondadır ki, sistemin Yenilənmə Mərkəzini də çağırmaq olmur, çünkü bütün 32-bitlik proqramlar bü xəta ilə bağlanır. Ona görədə, Administrator hüquqları ilə CMD-ni çağırırıq (əmrlər pəncərəsini çağırmaq üçün, Start menusunu sıxıb axtarışda cmd yazırıq, proqram tapıldıqda, üzərinə siçanın sağ düyməsi ilə klik edirik və adminstrator kimi başlat seçiririk) və aşağıdakı əmrləri daxil edərək yuxarıda qeyd etdiyim o iki yenilənmə paketini sistemdən silirirk.

wusa.exe /uninstall /kb:2859537
wusa.exe /uninstall /kb:2872339

Sistemi yenidən başladırıq və nəticə etibarı ilə bütün proqramlar yenidən əvvəlki kimi rahat işə düşəcəkdir.

Yeri gəlmişkən, sözü gedən o iki yenilənmə paketlərini Yenilənmə Mərkəzindən gizlətməyi unutmayın. Məsələ onadadır ki, onları yenidən yüklənməsi baş verə bilər. Bunun üçün Windows-un Yenilənmə Mərkəzinə daxil olun, siyahıda paketlərn adlarını tapın və siçanın sağ düyməsi ilə Скрыть обновление (Yenilənmə paetini gizlət) kimi seçin.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Proqramları işə salarkən 0x0000005 xətası
5 / 3 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: