Noutbuklarda yaranan 5 əsas problem və həlli metodları

Bəyənmək Şərh yazmaq

Avtomobilinizin sonu çatma əlamətləri həmişə aydın olur. Mühərrik hissəsindən səslərin gəlməsini, tüstü görünməsini, maşının silkələnməsini hiss etmək elə də çətin deyil. Amma noutbuklar xarab olanda əlamətlər çox vaxt bu qədər aydın olmur. Noutbuk son günlərində silkələnməyəcək, yanmayacaq və ya tüstü buraxmayacaq. Ancaq müəyyən məsləhətlər noutbukunuzun “ölümdən qabaq” olan simptompları müəyyən etməyə, bəzi vaxtlarda isə onu sərbəst həll etməyə imkan verəcək.

Batareya şarj saxlamır

Problem: Burada söhbət noutbuk batareyasının tam sıradan çıxmasından gedir, ancaq yenə də bu an xoşagəlməzdir.

Həlli: Hər şey çox asandır. Burada prosedur çox asandır, batareyaya akkumulyator almaq sizə baha başa gələ bilər, ən yaşxısı “yeni batareya” almaqdır, bununla siz noutbukunuza yeni həyat verəcəksiniz.

Klaviatura düymələri basdırda reaksiya vermir

Problem: Bu standard və çox yayılmış problemdir, ancaq hətta işləməyən bir düymə belə sizin noutbukla işləməyinizə mane ola bilər. Əgər bir düymə qırılıbsa, digərlərinin qırılması zaman məsələsidir. Bu vaxtın tez gələcəyini nəzərə almaq isə yaxşı olardı.

Həlli: İnternet. Bu vəziyyətdə ən yaxşı variant internet mağazalar ola bilər: məs. Ebay – siz burada hər şey (qələmdən avtomobilə qədər) ala bilərsiniz. Orada noutbukunuzun modelinə uyğun gələn klaviaturanın özünü və ya qırılan düyməsini ala bilərsiniz. Əgər klaviatura eləcə yerindən çıxıbsa siz öz gücünüzlə də onu düzəldə bilərsiniz, bu halda sizə Youtube video xidməti və Google axtarış sistemi yardımçınız ola bilər. Amma əgər vaxtınıza qənaət etmək istəyirsinizsə kompüter servisləri də köməkçiniz ola bilər, Ebay-dan və ya digər mağazalardan almamış şəhərinizdəki mağaza və kompüter servislərində bunları axtara bilərsiniz.

Ekranda “ölmüş” piksellər və əcaib xətlər

Problem: Bütün bunlar piksellərin sayından və bu xətlərin qalınlığından asılıdır, bunlar da ekranın sıradan çıxma əlamətlərindən sayıla bilər.

Həlli: Təmir üçün müraciət edin. Əgər ekranın təmir xərcləri çox yüksəkdirsə (böyük ehtimalla belə olacaqdır), ən yaxşı variant ekranın özünü dəyişməkdir.

Hard diskdən gələn səs-küy və çox aşağı yazma-oxuma sürəti

Problem: Problem çox ciddidir. “Ölüm səsləri” adlandırılan bu səslər sərt diskin tezliklə sıradan çıxacağından xəbər verir.

Həlli: Bu vəziyyətdə ən yaşxı həll məlumatlarınızın başqa yaddaşa köçürülməsi və yeni sərt disk axtarmaqdır. Ən yaxşı seçim SSD yaddaş diskidir. Belə diskərdə hərəkət edən mexaniki hissələr yoxdur və adi sərt disklərdə yaranan belə problemlər SSD-lərdə rast gəlinmir.

Qızma gözlənilməz yenidən başlamalara və sistemin çökməsinə gətirib çıxarır

Problem: Problem çox yayılıb. Həddindən artıq istiliyin ayrılması sistemin çox müxtəlif komponentlərində qeyri-düzgün işləməyə gətirib çıxara bilər, müəyyən hallarda isə hətta bu komponentlərin sıradan çıxmasına və sizin noutbukunuzun ümumi ömrünün azalmasına gətirib çıxara bilər.

Həlli: Çox hallarda qızmanın səbəbi çox tozlu, pis işləyən və ya ümumiyyətlə işləməyən soyutma kulerindən olur. Onun təmizlənməsi üçün sıxılmış havadan istifadə etmək olar. Sıxılmış havanı istənilən kompüter mağazasından əldə edə bilərsiniz, ancaq problem kulerin özündəndirsə onu mütləq dəyişmək lazımdır.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Noutbuklarda yaranan 5 əsas problem və həlli metodları
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: