
Bu gün Windows 8 ƏS-də yenilənmə zamanı bu əməliyyat sisteminə xas olmayan bir hadısə baş verdi. İlk öncə yenilənmənin uğurlu olacağını 98%-də anidən dayandırıb prosesin bitirilməsi mümkün olmadığını yazıb komputer mavi ekranda 3 saat qaldı. Komputeri məcburi söndürüb təzdən yandırmaq istədikdə yenədən həmən yazılar mavi ekran fonunda önümə çıxdı. Əlac ancaq noutbukun batareykasının çıxardılması idi, və Windows 8 ƏS-i Təhlükəsiz Rejimində işə salmaq idi ki, onuda aşağıdakı kimi etdim.
Komputeri işə salırıq və tez-tez olaraq esc düyməsini Startup Menyusun açılacağaqədər sıxırıq. F11 düyməsini sıxaraq System Recovery sistemini işə saırıq və aşağıdakı addımları yerinə yetirin.
-
Əgər təklif olunursa klaviatura dilini seçirik. Choose an option pəncərəsində Troubleshoot düyməsinə klik edirik.
-
Advanced options menyusuna klik edək.
-
Startup Settings bəndinə klik edirik.
-
Restart düyməsinə klik edək.
Komputer sönüb yenidən başlayacaqdır və digər Startup Settings ekranı açılacaqdır və müxtəlif funksiyalar aktiv olacaqdır. -
Startup Settings menyusundan mövcud təhlükəsiz rejimin variantlarını seçin:
Təhlükəsizlik Rejimini aktiv etmək üçün F4 düyməsinə basın;
Təhlükəsizlik Rejimi şəbəkə dəstəyi ilə aktiv etmək üçün F5 düyməsinə basın;
Təhlükəsizlik Rejimi terminal dəstəyi ilə aktiv etmək üçün F6 düyməsinə basın. -
Əgər təklif olunursa klaviatura dilini seçirik və administrator hüquqları olan istifadə iadı ilə daxil olun. Komputer Windows 8-i Təhlükəsizlik Rejimində açacaqdır.
-
Bütün broplemləri aradan qaldırdıqdan sonra Təhlükəsizlik Rejimindən çıxmaq üçün Windows + I düymələrini sıxın.
-
Sonra Power və Restart seçərək komputerinizi yenidən başladın.
Komputer (noubuk) normal vəziyyətdə işə düşəcəkdir.