Komputerin hərarətini necə öyrənmək olar

Bəyənmək Şərh yazmaq

Komputerin hərarətini, daha dəqiq desək onun komponentlərinin: prosessorun, video kartın, ana planatnın, sərt diskin hərarətini öyrənmək üşün müxtəlif proqramlara mövcuddur. Hərarətin öyrənilməsi sizin üçün bir çox hallarda lazım ola bilər məslən komputerinizdə tez-tez donmalar və ya oyun zamanı kulerin sürətlə firlanması və sair.

Aşağıdakı məqaləmizdə komputer komponentlərin hərarətini öyrənmək üçün istifadə olunan pulsuz proqramları təsvir edəcəyik.

Open Hardware Monitor

İlk olaraq Open Hardware Monitor proqramı ilə başlamaq istərdim. Proqramın köməyi ilə siz aşağıdaki məlumatları öyrənə bilərsiniz:

  • Prosesorun və onda olan bütün nüvələrin ayrılıqda hərarətini;
  • Komputerin ana platasının hərarətini;
  • Mexaniki sərt disklərin hərarətini.

Bundan başqa, proqramın köməyi ilə siz həmçinin fanın fırlanma sürətini, komputerin komponentlərində olan cərəyanı və SSD diski olduqda onunla bağlı məlumatları əldə edə bilərsiniz. Əgər «Max» sütununa nəzər yetirsəniz komputerin komponentlərinin ən maksimal hərarət dərəcəsini görmək olar, bu da sizə oyun zamanı və adı zamanda komponentlərin necə dərəcəyə qədər dəyişdiyini görə bilərsiniz.

Proqramı aşağıadkı linkdən yükləyə bilərsiniz. Proqram tamamilə pulsuzdur və komputerə quraşdırmadan yükləyən kimi istifadə etmək olar. http://openhardwaremonitor.org/downloads/

Speccy

Speccy (CCleaner və Recuva proqramının yaradıcılarından) iki formatda yükləmək olar, həm instalyator kimi və həmdə portable kimi

Komponentlərdən başqa proqramda geniş istifadə funksiyaları mövcuddur. Yuxarıdakı proqramdan fərqli olaraq Speccy real zaman şəraitində komputerdə baş verən bütün hərarət dəyişiklərini göstərir. Onuda qeyd edim ki, komputerin içində hərarət sensorların olması mütləqdir.

Proqramın digər üstün cəhəti də isə onun rus dilli olmasıdır.

Proqramı siz onun rəsmi saytından yükləyə bilərsiniz. Aşağıdakı linkə klik edin:

http://www.piriform.com/speccy

CPUID HWMonitor

Daha bir yeni və istifadəsində rahat və qrafik interfeysi cəhətdən Open Hardware Monitor proqramına oxşayan hərarət ölçəndir.  Proqram instalyator və zip fomatına yükləmək olar.

Aşağıda proqramın bacarıqlarını göstərmişik:

  • Komputerin ana platasının hərarətini göstərmək (şimal və cənub körpüləri – sensorun həssaslığından asılıdr);
  • Prosesorun və daxilində olan nüvələrin hərarətini göstərmək;
  • Video platanın hərarətini göstərmək;
  • HDD sərt disklərin və sərtörtüklü SSD yaddaş qurğularının hərarət göstəricilərini.

Yuxarıda sadalanlardan başqa siz komputer komponentlərin gərginliyini və soyutma fanıın fırlanma sürətini.

CPUID HWMonitor proqramını rəsmi saytından yükləmək olar. http://www.cpuid.com/softwares/hwmonitor.html

HWInfo

Əgər kiməsə yuxarıda sadaladığımız proqramlar kifayət etmədisə o zaman sizə məqaləmizin sonuncu proqramımızı təqdim edirik.  HWiNFO proqramı hər iki iki 32 və 64 bitlik Windows ƏS-lər üçün mövcuddur. Proqramın əsas vəzifələrindən biri komputer xarakteristikasını göstərmək, tərkib hissələri haqqında məlumatı istifadəçiyə göstərmək, BİOS versiyasını və sürücüləri (drivers) haqqında informasiya toplamaq. Əgər əsas pəncərədə Sensor düyməsinə klik etsək o zaman sistemdə olan bütün sensorlar aktivləşəcək və siz mövcud sensor üzrə hərarətləri gösrəcəksiniz.

Bundan başqa, proqram komputerdə olan müxtəlif gərginlikləri, SSD diskləti üçün S.M.A.R.T. tipli özünü yoxlama informasıyasını və digər məlumatları əldə edə bilərsiniz.  Siz həmçinin bütün fəyişikləri qeydə alan xüsusi log (jurnalın) köməyi ilə əvvəlki məlumatları üzə çıxarda bilərsiniz.

Proqramı linkə klik edərək yükləyə bilərsiniz: http://www.hwinfo.com/download.php

Sonda

Düşünürəm ki, məqalədə təsvir olunan hərarət-ölçən proqramlarının icmalı sizə kompuerinizin vəziyyətini öyrənmək üçün lazım olacaqdır. Siz hərarət sensorlarının məlumatları haqqında BİOS-da da baxa bilərsiniz. Amma bu üsul hər zaman uğurlu olmur, çünki BİOS işletimi zamanı komputerin prosesoru, video platası və sərt diski  tam rejimdə işlədiyi zamandan hərarəti çox fərqli olur.

Playlaşmaq gözəldir! Fərq etməz bu sizin şərhiniz, məqaləniz, şüarınız, fikriniz və ya çörəyiniz ola bilər….

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Komputerin hərarətini necə öyrənmək olar
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: