Tapşırıqlar Dispeçeri işləməsə nə edək?

Bəyənmək Şərh yazmaq

Bəzən virusa və ya sistem səhvinə görə tapşırıqlar dispeçeri deaktiv oluna bilər. Proqramın aktiv edilməsi üçün aşağıdakı təlimatdan istifadə edə bilərsiniz.

Problemi aradan qaldırmaq üçün ilk öncə «Пуск» menusunu sıxıb axtarış sətrində «regedit» daxil edib Enter düyməsini sıxırıq. Bu əmrlə biz reyestrin redaktəsi pəncərəsini çağırmış oluruq.

Reyestrdə «HKEY_CURRENT_USER \Software \Microsoft \Windows \CurrentVersion \Policies \System» kimi keçirik.

Burada «Disable TaskMgr» parametrini tapı üzərinə iki dəfə klik edərək açırıq. Parametrə  «0» ifadəsini təyin edib Ok ilə yaddaşa veririk.

Qeyd: Əgər Policies qovluğundan sonra siz «System» qovluğunu reyestrdə tapa bilmirsinizsə, deməli problem reyestrdə deyil. Çox güman ki, tapşırıqlar dispeçeri komputerin qrup siyasəti ilə söndürülüb.

Bu halda növbəti təlimatı həyata keçirmək lazımdır. Yenidən «Пуск» menusunu sıxırıq və axtarış sətrinə «gpedit.msc» daxil edib Enter-i sıxırıq.

Lokal qrup siyasətinin redaktəsi pəncərəsində «Конфигурация пользователя | Административные шаблоны | Система | Варианты действий после нажатия Ctrl+Alt+Delete» qovluqlarına keçirik.

Sağ tərəfdə siz «Удалить диспетчер задач» bəndini görəcəksiniz. Həmən bəndin üzərinə iki dəfə klik edirik. Nəticədə balaca bir pəncərə açılacaqdır. Bu pəncərədə «Не задана» bəndini aktiv edib «ОК» düyməsini sıxırıq.

Artıq siz yenə ya Ctrl+Shift+Esc ya da Ctrl+Alt+Del düymələini sıxaraq tapşırıqlar dispeçeri proqramını rahatlıqla aça bilərsiniz.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Tapşırıqlar Dispeçeri işləməsə nə edək?
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: