Windows 8.1″touchscreen”-i söndürmək

Bəyənmək Şərh yazmaq

Bu günki məqaləmizdə Windows 8 /8.1 əməliyyat sistemində ekranın touchscreen funksiyasının deaktiv edilməsi haqqında danışacayıq. Əksər ultrabook və planşet istifadəçiləri işlərini rahat görmələri üçün cihazlarına standart olaraq klaviatura və siçandan istifadəsində üstünlük verirlər. Bu da ekranla birbaşa müəyyən işlərin görünməsində çətinlik yarandığı üçün zərurət halına gəlir. Bunun üçündə həmən istifadəçilər cihazlarının ekranlarını adı olaraq touchscreen deyil, monitor kimi işlədməyi üstün tuturlar.

Təəsüf olsun ki, Microsoft şirkəti öz əməliyyat sisteminin sonuncu versiyasında bu funksiyanın interfeysdən birbaşa deaktiv etmək olmur. Ona görə də, biz bir hiylədən istifadə edəcəyik 🙂

Diqqət! Touchscreen-i söndürdükdən sonra siz planshet cihazlarında hər hansı bir sensor əməliyyatı apara bilməzsiniz. Məsələn buna cihazın söndürülməsi və ya yenidən başladılması. Buna görə də, touchscreen funksiyasını sizin klaviatura və siçan qoşmaq imkanınız olan zaman söndürün.
  1. Cihaz Meneceri pəncərəsini açın (bunu etmək üçün Win+ X  düyməsini sıxırıq və siyahıdan  Device Manager seçirik. İkinci variant isə axtarışda və əmr sətrində (cmd)  devmgmt.msc əmrini daxil edirik və Enter düyməsini sıxırıq).
  2. Human Interface Devices bəndini siyahlda açın.
  3. HID cihazlar siyahısında touch screen sözü ilə bağlı cihazı tapın. Bizim noutbook-da bu belə adlanır – HID-compliant touch screen .
  4. Tapdığınız cihazın üzərində siçanın sağ düyməsini klik edirik və kontekst menyuda Disable (Отключить) bəndinə klik edirik.
  5.  Açılmış xəbərdarlıq pəncərəsində sizdən əməliyyatın təsdiqlənməsini tələb edəcək. Siz  Yes düyməsini sıxırsınız.
  6. Əməliyyatı yerinə yetirdikdən sonra touchscreen funksiyası deaktiv olacaqdır və Windows ekran toxunuşlarına cavab verməyəcəkdir.
Əgər cihazda yenidən touchscreen funksiyasını aktiv etmək istəsək, o zaman eyni prosedurları təkrar edərək kontekst menyusunda Enable yazısına klik edirik.

Aşağıdakı formadan istifadə edərək öz fikirlərinizi bizimlə paylaşın.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Windows 8.1″touchscreen”-i söndürmək
Bəyəndiniz?

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: