Xiaomi smartfonunda Wi Fi giriş nöqtəsi

11 Bəyənmə Şərh yazmaq

Bildiyiniz kimi, əksər müasir smartfonlar mobil interneti WiFi paylaşımı kimi istifadə etməyə imkan verir. Bu funksiya telefonlara gəldikdən sonra dünyada milyonlarla insanlar mobil interneti olmayan cihazlarını telefonun köməyi ilə internetə çıxışı təmin edə bilmişlər.

Bu məqalimzdə Xiaomi telefonunda bu modulun necə aktiv edilməsi haqqında danışacağam. İlk öncə mobil internetin olmasına əmin olmalıyıq. Sonra keçirik smartfonun ayarlarına və sonra menyudan «Персональная точка доступа» kimi keçib, ilk garşımıza çıxan «Точка доступа WiFi» modulunu aktiv rejiminə keçiririk.

Avtomatik olaraq smartfon Wifi adı yaradaraq interni paylamağa başlayacaqdır. Digər şəxslərin sizin internetə girişini dayandırmaq üçün buradan şifrədə təyin edə bilərsiniz.

Bütün yuxarıdakı əməliyyatları yerinə yetirdikdən sonra, istənilən telefon, planşet və noutbuku smartfonunuza qoşub internetindən istifadə edə bilərsiniz.

Gələcəkdə WiFi giriş nöqtəsini aktivləşdirmək üçün hər dəfə bura keçmək ehtiyac olmayacaq. Artıq smartfonun ekranında yuxarıdan aşağıya barmağınızı sürüşdürərək WiFi nöqtəsi açarını aktiv edə yada lazım olmadıqda söndürə bilərsiniz.

Bu cür internetin paylanması digər tərəfdən özündə xoşagəlməz hadısənin yaşanmasına gəlib çıxara bilər. Beləki, smartfonunuza qoşulmuş digər Android cihaz goşulmanı adı WiFi şəbəkəsi kimi başa düşür və başlayır yenilənməyə. Odur ki, qoşulacaq digər cihazda sizin internetizi bir göz qırpımında sovuracaq “tələnin” olmadığına yəgin edin.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Xiaomi smartfonunda Wi Fi giriş nöqtəsi
5 / 3 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: