GTA III: Liberty City oyunun bütün kodlari

8 Bəyənmə Şərh yazmaq

Salam Əziz oyun həvəskarları!

Bu gün sizə GTA seriasından olan və çox az oynanılmış, amma maraqlı bir şəhər xəritəsi olan Liberty City əsasında qurulmuş oyunun sirli kodlarını təqdim edirik. Oyunu torrentdən yükləmək üçün aşağıdakı linkdən istifadə edin. GTA San Andreasdan geri qalmayan GTA 3 hələmdə aktiv yüklənilir və oynanılır.

Kodun təyinatı və təsfiri:

Kod:

Silah kodu

Çox lazımlı koddur. Bunu yığdıqdan sonra, sizin üçün çoxlu sayda silahlar açılacaq.

GUNSGUNSGUNS
Pul kodu

Bu kodu yığdıqdan sonra sizə küllü miqdarda pul veriləcək. Bəzi missialarda çox lazımlı olacaq.

IFIWEREARICHMAN
Can kodu

Liberty City vəhşi şəhərdi. Bu kodsuz yaşamaq olmur 🙂

GESUNDHEIT
Bronya Kodu

Bronya səviyyəsini qaldırır və qəlpələr sizə dəyərək canı az aparır.

TORTOISE
İki ulduzlu Polis axtarışı kodu

Polis ilə məzələnməyin ən ideal variantidir. Hər dəfə bu kodu yığdıqda sizə iki ulduz veriləcək və polis sizi həm yerdə həm də göydə axtaracaq.

MOREPOLICEPLEASEE
Polislərdən qurtulmaq kodu

Kodu yiğan kimi Polis deyir “qaqaş bağışla səhv maşının dalınca düşmüşük”

NOPOLICEPLEASE
Hadisələrin tezləşdirmək

Bu kodu yığdıqdan sonra şəhərin tempi sürətlənəcəkdir. Bu kodu bir neçədəfə yığsanız isə oynamaq belə mümkün olmayacaq – həyat sürətlə axıb gedəcək….

TIMEFLIESWHENYOU
Hadisələri yavaşlandırmaq

Bu kod yuxarıdakı koddan fərqli olaraq həyat ritmini yavaşlandırır. Gta Vice City -dəki kimi eyni olan bu kod sadəcə bir artıq O hərfi ilə bu oyunda bizim qarşımıza çıxdı.

BOOOOOORING
Bütün maşınlari partladmaq

Bu kodu avtodayanacaqlarin yanında yığmayın!!! Bütün maşınlar dəhşət partlayır 😉

BANGBANGBANG
Camaat səni axtarır 🙂

Bu kodu yığdıqdan sonra küçədə oyunun əsəs qəhrəmanı olan Klodu döymək istəyirlər

NOBODYLIKESME
Camaata silah paylamaq

Bu kodu kim risk edib yığar? Məncə ancaq özünə güvənən “geymer”

WEAPONSFORALL
Kim harda kimi gəldi 

Camaat bir birini çırpışdırır. Sən isə özün üçün missiaları keçirsən.

ITSALLGOINGMAAD
Günəşli hava

Normal günəşli hava. Belə havada adam heç missiya keçmək istəmir, oturub Villa Cafe-sində çay içmək istəyir.

SKINCANCERFORMED
Buludlu hava

Buludların göydə topladığı kod. Amma kim ingilis dilini bilirsə kodun adından başa düşəcək ki oyunu kimlər yaradıblar.

ILIKESCOTLAND
Dumanlı Liberty City

Havanı pis günə qoymaq istəyirsinizsə onda bu kod sizlikdi.

PEASOUP
Havanın, fəsillərin və gecə-gündüzün tez-tez dəyişdirilməsi kodu

Day adından hər şey bəlli oldu, daha nə deyim.

MADWEATHER
Tank kodu

Dar küçələrdə yığmayın ki başınıza düşməsin.

GIVEUSATANK
Ancaq təkərlər görsənir

Maşının kuzası yoxa çıxır və oyunu sadə təkərlər üzərində oynayırsiz.

ANICESETOFWHEELS
Uçan Avtomobillər

Bu kodu yığdıqdan sonra maşınlar azca uçan fason olacaq. Onu da deyim ki, maşının üçması onun kütləsindən də asılıdır.

CHITTYCHITTYBB
İki qat hissiyat kodu

Bu kodun köməyi ilə avtomobilin idarə edilmə çevikliyi daha çox artır. İdarə etmə düymələrini həddindən çox basdıqda isə, maşın aşa bilər.

CORNERSLIKEMAD
Qanı qaytarmaq kodu

Bu kodu o zaman yığırlar ki, oyunu satan şirkət Gta-da qan kodunu əvvəlcədən söndürübmüş.

NASTYLIMBSCHEAT
Küçədən keçən kimsə kodu

Hər dəfə bu kodu yığdıqdan sonra əsas qəhrəmanın əynindəki bütün libası ətrafdakı adamlardan birinin libasına dəyişir. Əvvəlki qeyiminə qaytarmaq üçün isə yaddaşa verilmiş oyunu təzədən yükləməlisiniz.

ILIKEDRESSINGUP

GTA III Liberty City (1.11 GB)

Oyun üçün minimal Komputer tələbləri:
Əməliyyat Sistemi: Windows XP
Prosessor: Intel Pentium III / AMD Athlon 800 MQhz
Əməli yaddaş (RAM): 256 Mb
Video Card: 128 Mb videyaddaş [DirectX 8.1 dəstəkləyən]
Səs kartı: DirectX 8.1 dəstəkləyən səs kartı stereo
HDD-də boş yer: 2.2 Qb
İdarəetmə üçün: Klaviatura + Siçan
Komponent: DirectX 9.0c

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

GTA III: Liberty City oyunun bütün kodlari
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: