Microsoft Word proqramının 18 bilmədiyimiz funksiyaları

5 Bəyənmə Şərh yazmaq

Bildiyiniz kimi ofis mühiti üçün Microsoftun Office proqrmları artıq neçə illərdir ki əvəzedilməz alət olaraq istifadə edilməkdədir. Onlar arasında Microsoft Word bəlkədə mətnlərin saxlanması və redaktəsi üçün ən çox istifadə ediləndir. Heç bilirdinizmi bu proqramın gizli funksiyalarıda mövcuddur. Bu məqalədə onların bəziləri haqqında danışacağıq.

Tarix və saatın daxil edilməsi

Bəzən mətndə tarix və saat yerləşdirmək üçün biz adətən əlnən yazmalı oluruq. Bu biraz narahatçılığa səbəb olur. Ona görədə kursuru istədiyimiz yerə qoyub Shift+Alt+D düymələrini sıxsaq, o zaman biz ani olaraq “Gün.Ay.İl” formatında sənədə tarix qoymuş olacağıq. Bununlada əlavə olaraq kalendara birdə baxıb tarix yazmayacağıq. Vaxtı daxil etmək üçün isə  Shift+Alt+T kombinasiyadan istifdə edə bilərik.

Hərflərin böyük və ya balaca olması

Bəzən olur ki biz CAPS LOCK düyməsinin yanılı olmasına nəzər yetirmədən mətn daxil edirik. Nəticədə ekranda bütün bir cümlə böyük hərflərlə yazılmış olur. Bələdə biz, həmən mətni silib yenidə yazmalı oluruq. Buna görədə həmən mətni seçib  Shift+F3 düymələrini sıxırq. Bütün çümlə artıq kiçik hərflərlə olacaqdır.

Kursoru söz-bə-söz keçirmək

Əgər kürsoru sağa və ya sola düymələri ilə aparsaq, ozaman biz bir simvol üzrə hərəkət etmiş olarıq. Lakin Ctrl düyməsini sıxıb hərəkət etdirsək, o zaman kursor sözlər üzrə hərəkət edəcəkdir.

Ardıcıllıq fraqmenti üzrə qaralamaq

Əvvəlki funksiya əgər biz sözlər üzrə hərərkət edirdiksə, o zaman Ctrl düyməsini buraxmadan yuxarı və ya aşağı düymələrini sıxsaq, o zaman mətndə müəyyən sahəni qaralamış oluruq.

Geniş mübadilə buferi

Bu funksiya kopyalama mübadiləsini dahada genişləndirir. Məsəslə ondadır ki, biz tez-tez nəyisə kopyalıyıb yapışdırırq. Lakin sitem özündə yalnız bir əvvəlki fraqmenti buferdə saxladığı üçün 10 kopya əvvəl etdiyimiz mətn və ya söz yadımızdan çıxır. Ona görədə  proqrmın “Главная” tabından “Буфер обмена” bölməsində sənəd üzərində işlədiyimiz vaxt bütün kopyaladığımız məlumatı özündə saxlayır.

Ekran şəklini yaratmaq

Proqramda “Вставка” bölməsinə keçin “Снимок” düyməsinə sıxın. Bütün aktiv pəncərələri görəcəksiniz. İstədiyiniz pəncərənin üzərinə klik edərək onun şəkli sənədin içinə kopyalanacaq.

Oxunmanın yaxşılşdırılması

Sözlərin bir sətrdən digərinə bizim mətnlərin oxunmasını çox rahatlaşdırır. Ola bilsin ki. bu funksiya susmuş halda sönmüş olsun. Sizin istəyinizdən asılı olaraq sətrlər arası sözün köçürülməsini həm avtomatik həmdə əl ilə etmək mümkündür. Bunun üçün: “Разметка страницы”-> “Расстановка переносов”. Bu funksiya həmçinin sözlər arasında yaranmış böyük məsafələri belə tənziləyəcəkdir.

Su nişanın əlavə edilməsi

İntelektual sahibliyi qorumaq üçün proqrmın Su nişanı adlı funksiyasında istifadə edilir. Bu funksiyanı sənədə tədbiq etmək üçün menyudan “Разметка страницы” punktunu seçirik və sonra isə “Подложка” kimi keçirik. Susmuş halda proqramda müxtəlif hazır şablonlar olacaqdır.

Sonuncu komandanın təkrar edilməsi

F4 düyməsini sıxaraq bir öncə yerinə yerinə yetirdiyiniz əmri təkrarlaya bilərsiniz. Misal üçün mətninin və sözün rəngini və ya stilini dəyişmək.

Vurğu

Bu funksiya klaviaturnızda NUMPAD-ın olmdığı təqdirdə işləmir. Əgər numpad varsa, o zaman vurğunu qoymaq istədiyiniz hərfdən sonra kursoru yerləşdirin, sonra Alt düyməsini sıxaraq Numpadda 7+6+9 rəqəmlərini yığın. Nəticədə istədyiniz hərfin üzərinə vurğu işarəsi olacaqdır.

Yuxarı panelin sazlanması

Susmuş halda proqramı komputerə quraşdırarkən standart ardıcıllıq üzrə düymələr və keçidləri görürük. Lakin bütün alətlər panelini öz istədiyimiz kimi sazlaya bilərik. Bunun üçün “Файл” -> “Параметры” -> “Настроить ленту”. Burada siz paneldə olmayan, lakin tez-tez istifadə etdiyiniz alətləri əlavə edə, əksinə heç istifadə etmədiniz düymələri gizlədə bilərsiniz.

Mətndə böyük fraqmenti seçmək

Bəzən elə olur ki 100 səhifəlik bir sənədin ortadan 4-6 səhifəsini kopyalamaq lazım olur. Biz siçan ilə həmən fraqmenti kopyalamağa çalışırıq. Lakin anidən siçanın düyməsi barmağımızdan qaçdığı təqdirdə biz yenidən həmən əməliyyatı yerinə yetirmiş oluruq. Bunun ən rahat yolu isə, kopyalamağa başlayacağınız sözün əvvəlinə kursoru yerləşdirirsiniz, sonra Shift düyməsini sıxıb saxlayaraq bir başa keçirsiniz kopyalamaq istədiyiniz fraqmentin sonuna və siçan ilə klik edirsiniz.

Sənəd üzrə yerdəyişməsi

Sənəd üzərində rahat və çevik hərəkət etmək üçün müəyyən düymələrin köməyi ilə etmək mümkündür. Onlardan ən lazım olanları:

  • Sənədin ən sonuna keçmək – Ctrl+End;
  • Sənədin ən başına keçmək – Ctrl+Home;
  • Növbəti səhifəyə – Ctrl+Alt+Page Down;
  • Əvvəlki səhifəyə – Ctrl+Alt+Page Up.

Yeni varağın sürətli yaradılması

Biz yeni varaq dedikdə, adədətən boş ağ səhifəni nəzərdə tuturuq. Həmin səhifəyə düşmək üçün Enter  düyməsini çoxluca sıırıq. Lakin siz bircə Ctrl+Enter düymələrini sıxmaqla, yeni varaq yaratmış olacaqsınız.

Faylların yaddaşda saxlanma yeri

Microsoft Word bütün sənədləri susmuş halda “Документы” qovluğunda yaddaşa verir. Minlərlə sənəd olduğu təqdirdə isə, bu çox narahat bir prosesə çevrilir. Buna görədə, komfortun artırılması məqsədi ilə, susmuş halda yaddaşa saxlanılma qovluğunu dəyişmək üçün “Файл” -> “Параметры” -> “Сохранение” kimi keçirik. Sonra “Расположение по умолчанию” sətrində susmuş halda yaddaşa vermək istədiyimi qovluğu seçirik.

Mətnin formatını ilkin vəziyyətə gətirilməsi

Bu problemlə Ctrl+Space düymələrini sıxaraq həll etmiş oluruq.

Sənədin şifrə ilə qorunması

Sənədin təhlükəsizliyini, ona təyin edəcəyiniz şifrədən asılıdır. Buna görədə, sənədə şifrə təyin etmək üçün “Файл” -> “Сведения” ->“Защитить паролем” kimi keçin. Burada siz sənəd üzrə istədiyiniz qadağaları təyin edə bilərsiniz.

Yeni Word sənədinin açılması

Sənədi treyə çevirmədən və istədiyiniz yerdən Windows+R düyməsini sıxırıq və açılmış pəncərədə “winword” sözünü yazıb Enteri sıxırıq. Nəticədə tam yeni bir sənəd yaranmış olacaq. Daha Start menusuna girib və ya Ekranda yarlık axtarmaq lazım gəlməyəcəkdir.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Microsoft Word proqramının 18 bilmədiyimiz funksiyaları
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: