Microsoft Windows — 1.0-dan 10-na kimi

1 Bəyənmə Şərh yazmaq

Windows əməliyyat sistemi dünyanın 80% komputerlərində quraşdırılmışdır. Lakin bu gün gördüyümüz Windows interfeysi 1985-ci ildən bəri çox dəyişmiş və mükəmməlləşmişdir. Bəs həmən dəyişiklər özündə nələri əks etdiriri, gəlin xronoloji olaraq tanış olaq.

Windows 1.0

Hələm 1985-ci ildə işıq üzü görmüş Windows-un ilk versiyası tamdəyərli bir əmliyyat sistemi deyildi. O, sadəcə MS-DOS-un qrafik əlavəsi idi. İnterfeysi çox sadə idi, lakin istifadə üçün rahatlıqda öz rəqibi olan Apple-dan yetərincə geridə qalırdı. İstifadə üçün sərt disk tələb etmirdi. Windows 1.0-in istifadəsi üçün 256 Kb yaddaş və iki diskdaxiledici kifayət edirdi.

Windows 2.0-2.1

Pəncərənin ikinci versiyası birinci versiyadan düz iki il sonra, yəni 1987-ci ildə işıq üzü gördü. Əvvəlki versiyadan yeganə kəskin fərqi sonuncunun Intel 286 prosesorunun dəstəkləməsi idi. İnterfeysdə ayarlar paneli yaradıldı və pəncərələr bir birinin üzərini örtə bilirdi.

İlk dəfə 2.1х versiyalarında 640 kb-dan yuxarı yaddaşlarını dəstəyi başlandı.

Windows 3.х

Təkmilləşdirilmiş qrafika və 16-bit rəngi dəstəklədiyi üçün Windows 3.0 versiyası ilk dəfə olaraq geniş yayılmağa başladı. Məhs sistemin 3.0 versiyasından başlayaraq məşhur pasyans oyunu geniş kütləyə təqdim olundu.

Windows 95

1995-ci ilin yayında istifadəyə verilmiş Windows 95 sistemi ilk dəfə olaraq özündə həm MS-DOS-u Windows-u cəmləşdirən tam funksiyalı bir əməliyyat sistemi oldu. Bu sistem rəqibi olan İBM şirkəti tərəfindən yaradılmış OS|2 sistemini xeyli qabaqladı. Məhs Windows 95-də «Start» düyməsi yaradıldı, 32-bitlik proqramlar dəstəkləndi və Mavi ölüm ekranı meydana çıxdı.

Windows 98

Əslində bu versiya sadəcə olaraq Windows 95 versiyasının yenilənmiş variantı idi. Bu versiyada əlavə olaraq USB sürücülərinin təkminləşdirmə prosesi yer almışdır. Bu sistemi təqdim edildiyi zaman konfuz yaşanıb, beləki təqdimat zamanı skaneri goşan zaman sistemin birdəfəlik çökmüşdür. Bil Qeyts təqdimat zamanı etiraf etmişdir ki, sistem həlm tam hazır deyildir.

Windows ME

Millenium Windows-un 9.х ayiləsinə aid sonuncu sistem oldu. Onda aktiv olaraq sistem reyestri istifadə olunmağa başlanıldı və sistemin əvvəlki uğurlu başlanğıc nöqtəsinə qayıdış imkanı istifadəçiyə təqdim olundu.

Windows XP

2001-ci idə dünyaya təqdim olunan Windows XP əməliyyat sistemi Şəxsi Komputerlər üçün nəzərdə tutulan ilk belə sistem oldu. O, tam profesional və etibarlı server nüvəsi olan Windows NT əsasında yığılmışdır. Təkmilləşmiş qrafik interfeysi və yeni funksiyaları Windows XP-ni günü bugünə kimi istifadədə saxlayan ən vacib amillərdən biridir.

Windows Vista

ХР-nin varisi olan Windows Vista (2007) öz yenilənmiş qrafikasına baxmayaraq, istifadəçilər arasında populyarlıq qazana bilmədi. Komputerə olan yüksək tələbi sürücülərin dəstəklənməməsi və DRM mühavizə sistemin bazarda satılmamasına gəlib çıxartdı. Və bununlada dünya müstəvisində Vista Microsoft şirkətinin ən uğursuz məhsulu kimi tanındı. (Amma onuda deyim ki, mən Vistanı bəyənirdim:))

Windows 7

Windows 7 sistemini hazırlayarkən, Microsoftun sistem yaradıçıları Vistanın bütün səhvlərini düzəltməyə başladılar. Və tamamilə yenilənmiş sistem öz ünikallığını bu günə kimi də saxlayır. Əski proqramları dəstəkləyən və təhlükəsiz sistem kimi tanınan bu sistem geniş vüsət almışdır. 2012-ci ilin statistik məlumatlarına əsasən, dünya internet şəbəkəsinə çıxmış hər ikinci komputerdə məhz bu əməliyyat sistemi quraşdırılmışdır.

Windows 8.х

Bazarda taçskrin (touchscreen) qurğularının yaranması ilə Microsoft şirkəti məhz bu qurğularda işləyə biləcək bir əməliyyat sistemi hazırladı. İlk dəfə “səkkizdə” «Windows Store» adlı market əlavə olundu və bizə Google şirkətinin PlayMarket xatırlatdı. Lakin masa üstü və noutbook tipli komputerlərdə bu sistem çoxda yayılmadı. Səbəb kimi isə, istifadəçilər interfeysin plitka şəklində olması idi ki, buda çox zaman standart iş masasına öyrəşmiş istifadəçilərə çətinlik yaradırdı.

Windows 10

Sonuncu sistem olan Windows 10 praktik olaraq bütün qurğularda işləmək bacarığına malikdi. “Səkkiznən” müqayisədə interfeys tamamilə dəyişdirilib, itmiş Start düyməsi yenidən sistemə qaytarılmışdır. İlkin qiymətləndirməyə əsasən, 2018-ci ilə kimi “onun“un quraşdırılması 1 milyardı ötəcəkdir.

P.S.
Baxmayaraq ki, sistem lineykasında şirkətin uğursuz sistemləridə olmuşdur, Microsoft korporasiyası düzgün trendi tutmağa və bazarı hələm uzun illər əlində saxlamağa bacaracaqdır. Bizə isə yalnız Windows 14 və ya 15 qrafikin gələcəkdə necə olacağını xəyal etmək qalır.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Microsoft Windows — 1.0-dan 10-na kimi
5 / 1 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: