
Uzun mətnlərin yerləşdirilməsi
Php-də böyük mətnləri yazmaq üçün heredoc sintaksisindən istifadə edilir. O <<< simvolu ilə başlayır və özündən sonra hər hansı identifikator yerləşdirlir. Mətnin sonunda həmən identifikatoru yerləşdiririk və nöqtəli vergül işarəsini qoyuruq. Məsələn:
<?php
echo <<<END
<p>Bu uzun mətnləri yerləşdirmək üçün <br> heredoc sintaksisin istifadə qaydalarıdır.</p>
END;
?>
Brauzerdə göstəriləcək nəticə:
Bu uzun mətnləri yerləşdirmək üçün
heredoc sintaksisin istifadə qaydalarıdır.
PHP skriptində şərhlərin yerləşdirilməsi
Şərhlər vacib elementlərdən biridir. Bu həm skripti yazan üçün həmdə digər tərtibatçılar üçün xüsusi qeyddir.
PHP-də 3 növ şərh mövcuddur.
Birinci növ şərhi bir necə sətrdə yazmağa imkan verir. Bu növ şərh /* işarəsi ilə başlayır və */ işarəsi ilə bitir:
<?php
/* Burada sizin istədiyiniz hər hansısa mətn yazıla bilinər.
İstədiyiniz qədər sətrdən istifadə edə bilərsiniz. */
?>
Onuda qeyd etmək istəyirəm ki, şərhin içində şərh php-də xəta ilə qayıdır. Aşağıdakı kimi istifadə etmək olmaz:
<?php
/* Burada sizin istədiyiniz hər hansısa mətn yazıla bilinər.
/* İstədiyiniz qədər */
sətrdən istifadə edə bilərsiniz. */
?>
Növbəti iki növ php şərhi tək sətrlidirlərş Bu cür şərhlər // və ya # simvolları ilə başlayır və heç bir simvolla bağlanmır. Məsələn:
<?php
// Burada sizin tək sətrli şərhiniz
# Buda sizin tək sətrli şərhiniz ola bilər
echo "Amma mən artıq şərh deyiləm :) Hammı məni görəcək :P";
?>