Photoshop ilə avtoportret efekti yaratmaq

1 Bəyənmə Şərh yazmaq

Əziz oxucularımız və Photoshop həvəskarları. Bu gün bir rus dilli internet resursunda çox maraqlı məqalə oxudum. Tərcümə edib sizlərlə paylaşmaq istədim.  Məqalə portret fotosuna efekt verməklə qeyri-adi bir formaya salmaq olacaqdır.

Yavaş-yavaş keçirik əsas məsələyə.

1. Şəkli Photoshopda açırıq.
2. Şəklin yeni layını kopyalayaraq yaradın və adını “Gözlər” adlandırın.
3. Yeni layı qarışdırma rejiminində Normal-dan Screen-nə dəyişdirin.

4. Yeni lay üçün maska (layer mask) əlavə edin və onu qara rənglə rəngləyin.
5. İndi ağ rəngi seçərək gözləri rəngləməyə başlayın. Fırçanın həcmini və həssaslığını dəyişərək daha açıq və tünd olmasını tənzimləmək olar.

6. Klaviaturada CTRL + SHIFT + ALT + E düymələrini sıxaraq hər iki layı bir yerə birləşdirin.

7. Şəkli Ağ-qara rejiminə keçirmək üçün ona Channel Mixer əlavə edirik.

8. Channel mixer-i seçib qarışdırma rejimini Multiply-ya keçiririk.

9. İndi birləşdirdiyimiz layı seçərək  Image – Adjustments – Shadow/Highlight kimi keçib kölgələrin və aydın olan sahələrini normallaşdırırıq.

10. Yenidən CTRL + SHIFT + ALT + E düymələrini sıxaraq layları birləşdirik.
11. Sonra mən ayarlar panelindən Cloner Stamp seçərək oğlancığın üzündə olan artıq işıqları rənglədim. Bu hər şəkil üçün mütləq etap deyil. Sizin halda bunu etməmək olar.

12. Ayarlar panelindən Dodge Tool seçirik və Range – Highlights və Exposure ayarlarını – 50% kimi təyin edirik. Həmin alətin köməyi ilə gözlər üzərində işləyirik. Məqsəd gözləri daha ifadəli və xoş görünümlü etməkdir. Burada daha ehtiyyatlı olun ki, həddindən artıq süni alınmasın.

13. Ynidən bütün layları birləşdiririk.(CTRL + SHIFT + ALT + E)
14. Yeni lay üzərində Filter – Other – Hig Pass efektini tədbiq edirik. Mən bu şəkil üçün 80% kimi təyin etdim. Yenədə vurğulamaq istərdim ki, hər şəkil üçün bu koefisent fərqlənə bilər. Siz gözəyarı olaraq tənzimləyin.

15. Yeni layı Normal-dan Soft Light-da dəyişdiririk. Şəkil daha çox kontrastlı və dərin kölgəlik efektini alır.
16. Vəssalam! İndi bütün layları birləşdirərək (CTRL + SHIFT + ALT + E) şəklə kəskinlik veririk. Bunu müxtəlif üsullarla etmək olar: Sharpen, Unsharp Mask, Smart Mask və s.

Orfoqrafik Səhv tapdınız? Səhv yazılmış sözü seçin və Ctrl + Enter düymələrini basın.

Photoshop ilə avtoportret efekti yaratmaq
4.5 / 2 səs

Digər maraqlı məqalələrimiz

loading...

Bir cavab yazın

Orfoqrafiya səhvi bildirişi

Aşağıdakı hissə sayt rəhbərliyinə göndəriləcəkdir: